Dolların ucuzlaşmasının üç səbəbi açıqlandı

ABŞ dollarının ucuzlaşması davam edəcək.
anews.az Report-a istinadən xəbər verir ki, bu açıqlama ilə Yaponiyanın ən böyük broker şirkəti olan "Nomura"nın valyuta strategiyası üzrə mütəxəssisləri çıxış edib.
Onların fikrincə, bunun üçün 3 əsas səbəb var. İlk növbədə, ABŞ-a məxsus istiqrazların gəlirliliyinin aşağı olması dolların dəyərdən düşməsini stimuallaşdırır. Bundan başqa, tədiyyə balansının kəsiri dolların məzənnəsinə mənfi təsir göstərir. Kəsirin böyük olması ilə əlaqədar ABŞ xəzinədarlığı investorlara aşağı faiz təklif edir. Vəziyyəti düzəltmək üçün ya dollar ucuzlaşmalıdır ki, ABŞ aktivləri cəlbedici olsun, ya da istiqrazların gəlirliliyi artırılmalıdır. Bunların hər ikisinin də etni vaxtda olması mümkündür. 3-cü səbəb isə ABŞ prezidenti Donald Trampın administrasiyasının ucuz dollar siyasətini dəstəkləməsidir. Siyasi risklər gələcəkdə də dolların məzənnəsinə mənfi təsir göstərə bilər. Avrozonada isə iqtisadi-siyasi vəziyyət getdikcə düzələ bilər.
Ümumilikdə "Nomura" dolların avro və yenə qarşı ucuzlaşacağını proqnozlaşdırır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 