• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa bankları iş yerlərini ixtisar etməyə məcbur olublar

Avropa bankları iş yerlərini ixtisar etməyə məcbur olublar
13.09.2017 18:20
Ötən il Avropa İttifaqı ərazisində fəaliyyət göstərən banklar təxminən 50 min iş yerini ixtisar etmək məcburiyyətində qalıblar. Bununla da bu sektorda çalışanların sayı 1997-ci ildən bəri ən aşağı göstəriciyə düşüb.

anews.az AZƏRTAC-a istinadən bildirir ki, uzun illərdən bəri faiz dərəcələrinin aşağı olması və müştərilərin onlayn bank xidmətlərdən getdikcə daha çox istifadə etməsi bank sektorunda işləyənlərin sayının azalmasına əsas səbəb kimi göstərilir. İşçi ixtisarı ilə yanaşı, Avropa bankları 2016-cı ildə ümumilikdə 9100 filialı da bağlamalı olub. Bununla da Avropada bu sektorda işləyənlərin sayı 2,8 milyon nəfərə, filialların sayı isə 189 min 270-ə düşüb. 2015-ci ildə bank filiallarının 3 faizi bağlandığı halda, 2016-cı ildə bu trend sürətlənib və bank filiallarının 4,6 faizinin fəaliyyətinə son qoyulub. Statistik göstəricilərə əsasən, 2008-ci ildən bəri orta hesabla hər bir bank beş filialından birini ləğv etmək məcburiyyətində qalıb.

Hesabatda qeyd edilir ki, faiz dərəcələrinin aşağı olması fonunda mənfəətləri aşağı düşən banklar çəkilən xərcləri mümkün qədər azaltmaq üçün müxtəlif yollardan istifadə edirlər. Bunlardan biri onlayn xidmətləri gücləndirmək yolu ilə işçi ixtisarları aparmaq, digəri isə bankların birləşdirilməsidir. 2009-cu ildən müşahidə edilən bu trend ötən il də davam edib. Ötən il Avropada 6596 bank fəaliyyət göstərib ki, bu da 2015-ci illə müqayisədə 6 faiz azalma deməkdir.

Avropa Bank Federasiyası Avropanın 32 milli bank assosiasiyasını həqiqi üzv qismində, 14 milli assosiasiyanı isə assosiativ üzv qismində öz ətrafında birləşdirir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol