• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell developerlər üçün “İnvestorlarla əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlim” adlı treninq təşkil edib

Bakcell developerlər üçün “İnvestorlarla əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlim” adlı treninq təşkil edib
15.09.2017 13:57
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "AppLab” proqramının iştirakçıları olan developerlər üçün ikinci treninqi keçirib.

"Investor Relationship Development intensive” (İnvestorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə intensiv təlim) adlı treninqdə startaplarla investorlar arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsinin bütün aspektləri əhatə olunub.

İnvestisiyaların idarə olunması ilə bağlı ən vacib məqamlardan biri də investorla münasibətlərin düzgün qurulmasını bilməkdir. Son bir neçə ildə startap icmasında canlanma müşahidə olunmaqdadır və komandalar və layihələr investorlarla əlaqələr üzrə mütəxəssis və ya investorlarla əlaqələrin inkişaf etdirilməsi üzrə mütəxəssis kimi vəzifələrə namizəd axtarışındadırlar. Bu treninqdə iştirakçılara investorla ünsiyyətdə təbii təəssürat yaratmağın, məhsulun lazımi qaydada və uğurla təqdim edilməsi və iki dəqiqəlik qısa təqdimatın aparılması yolları ("lift təqdimatı” üsulu) öyrədilib.

"İndi mən müxtəlif cür investorların düşüncə tərzini, yanaşmalarını və davranışlarını daha yaxşı başa düşürəm. Ən azından, əgər mən indi liftdə potensial bir investorla qarşılaşsam, şübhəsiz ki, öz məhsulumu ona düzgün təqdim edə və onunla ilk lazım olan əlaqəni yarada biləcəm”, - deyə "Blutu” layihəsinin həmtəsisçisi Əhməd Xələfbəyli bildirib.

Treninqlər ölkə daxilində təlim, qiymətləndirmə və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təchizatçılardan biri olan "CAC Training Center” şirkəti ilə birgə təşkil olunub.

Qarşıda gələn aylar ərzində Bakcell şirkəti developerlər üçün piçinq, blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda treninqlər də təşkil edəcək.

"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol