• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxında Azərbaycanda neft hasilatı 2 mlrd. tona çatacaq

Yaxında Azərbaycanda neft hasilatı 2 mlrd. tona çatacaq
20.09.2017 08:57
"1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə müasir tariximizə "Əsrin müqaviləsi” adı ilə əbədilik həkk olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalanıb. Əsrlərdən bəri qədim neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanan bu müqavilə dünya dövlətlərinin nəzərini bir daha Vətənimizə cəlb etdi. "Əsrin müqaviləsi” gözlənilən və gözlənilməyən maneələrə rəğmən, uğurla işlədi və ölkənin sosial-iqtisadi yüksəlişinin təməl daşı oldu”.
 
"APA-Economics” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.
 
R. Abdullayev qeyd edib ki, respublikamız dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanındı: "Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan ölkəmiz enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirdi. Xəzər hövzəsi ölkələri ilə Qərbin enerji korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoymuş "Əsrin müqaviləsi” çərçivəsində qazanılan nailiyyətlər xarici neft və qaz şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına marağını daha da artırdı. Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi uğurla həyata keçirilməkdədir. Xarici tərəfdaşlarla yaradılmış 35 birgə müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin, demək olar, bütün sahələrini əhatə edir. Ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülmüş və uğurlu nəticələr alınıb. Nəhəng "Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli "Əşrəfi” və "Qarabağ” yataqları aşkar edilib, "Abşeron” və "Ümid” yataqlarının işlənilməsinə başlanılıb. "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən 20 il keçir. Ötən müddətdə aparılan kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Yaxın aylarda biz Azərbaycanda neft hasilatının 2 mlrd. tona çatacağını gözləyirik. Hazırda hasil edilən karbohidrogenlərin əsas hissəsi "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və "Şahdəniz” yatağından əldə olunur”.
 
SOCAR prezidentinin sözlərinə görə, Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq bu layihə üzrə yeni HPBS-nin imzalanması üçün tərəfdaşlarla müzakirələr aparıb və "Neftçilər günü” ərəfəsində AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb.

Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar həcmində bonus ödəniləcək. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollar həcmində sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, SOCAR-ın "AzAÇG” şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol