• $
  • €
  • ₽
  • ₺
  • £

Krediti olanlara şad xəbər

Krediti olanlara şad xəbər
29.05.2020 00:49
Maliyyə Bazarlarına Nəzarət Palatası "Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası"nı təsdiq edib.

Trend-in məlumatına görə, qaydaya əsasən, məlumat təchizatçıları tərəfindən kredit bürosuna kredit tarixçəsinin tərtib edilməsi üçün neqativ və pozitiv məlumatların təqdim edilməsi və kredit büroları tərəfindən məlumat istifadəçilərinə kredit tarixçələrini təşkil edən məlumatların təqdim edilməsi bu Qaydanın 3.5-ci, 3.6-cı və 3.7-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit tarixçəsi subyektinin yazılı (o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında) razılığı əsasında həyata keçirilir.

Kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri) tərəfindən kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosundan alınmasına kredit tarixçəsi subyektinin razılığı tələb olunmur.

Kredit tarixçəsinin subyekti vəfat etdikdə, ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Bu halda müvafiq olaraq vərəsənin, qanuni nümayəndənin, valideynin və ya himayəçinin, şəxs səlahiyyətli nümayəndəsi vasitəsilə razılıq verdikdə isə səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədlər təqdim edilməlidir.

Məlumat təchizatçısı tərəfindən kredit bürosuna kredit tarixçəsini təşkil edən məlumat Qanunun 17.4-cü maddəsinə uyğun olaraq elektron formada təqdim edilir. Məlumat təchizatçısı tərəfindən kredit bürosuna məlumat kredit bürosu sisteminin müvafiq məlumat yükləmə vasitələri ilə birbaşa və ya Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş qaydada "Elektron hökumət” portalı vasitəsilə təqdim edilir.

Məlumat təchizatçısı və ya məlumat istifadəçisi tərəfindən razılığın alınması faktı kredit bürosu üçün təsdiqlənmədiyi təqdirdə kredit bürosu məlumat təchizatçısı tərəfindən təqdim edilmiş kredit tarixçəsini təşkil edən məlumatları qəbul etməkdən və ya kredit hesabatını məlumat istifadəçisinə təqdim etməkdən imtina edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol