• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin səviyyəsi 3 metrədək qalxacaq

Xəzərin səviyyəsi 3 metrədək qalxacaq
02.10.2017 11:28
"Təxminən 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metr qalxması proqnozlaşdırılır. Hazırda Xəzər dünya səviyyəsindən 27.5 metr aşağıdadır. İndi buzlar əriyir. Pessimist proqnozlara görə, əsrin axırına qədər dünya okeanının səviyyəsi 2-3  metr, optimist proqnozlara görə, 1-1.5 metr qalxacaq. Xəzərin su toplama hövzəsi çox böyükdür, səviyyəsinin qalxması qaçılmazdır".

Anews.az xəbər verir ki, bunu lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev deyib. Onun sözlərinə görə, iqlim dəyişmələrinin işartıları görünür,  proses artıq başlayıb. Getdikcə güclü yağıntıların həm gücü, həm də başvermə tezliyi artacaq: "İndi güclü yağıntılar 10 ildən bir baş verirsə,  gələcəkdə 5 ildən  bir və ya daha tez-tez baş verə bilər. Yəni  2010-cu  ildə 3 rayonu su basdısa, gələcəkdə 4-5 rayonu su basa bilər və s. Yağıntılar həm fəsillər, həm də ərazi üzrə qeyri-bərabər paylanacaq. İndiki qlobal iqlim yaralı vəhşi heyvana bənzəyir. Xəzərin su toplama hövzəsinin sahəsi təxminən  4 milyon kvadrat kilometrə qədər  ərazini əhatə edir.   Ən bərəkətli torpaqlar belə suyun altda qalanda məhsul vermə qabiliyyətini itirir, keyfiyyətsizləşir, rütubətlənir, şoranlaşır.  Ölkəmizin ərazilərinin xeyli hissəsi buna məruz qala bilər".

İsa Əliyev qeyd edib ki, atmosferə buraxılan tullantıların azaldılması yönündə 2030-cu ilə qədər dünya ölkələri, o cümlədən, Azərbaycan öhdəliklər götürüb: "ABŞ, Avropanın inkişaf etmiş ölkələri, Hindistan, Çin, Rusiyaya baxanda, Azərbaycanın tullantıları çox cüzidir. ABŞ-ın yeni prezidenti Donald Tramp deyir, mən belə öhdəlik tanımıram, qəbul etmirəm. Baxmayaraq ki, Barak Obama razılıq vermişdi. Başda ABŞ olmaqla, dünyanın böyük dövlətləri  iri miqdarda  maliyyə vəsaitləri  buraxsalar, bunun qarşısını nisbətən almaq mümkün olacaq. Ancaq indiki tendensiya göstərir ki, inkişaf etmiş ölkələr bu sahədə böyük maliyyə vəsaitləri ayırmaqda  çətinlik çəkirlər. 2030-cu ilə qədər bu, artan xətt üzrə gedəcək.  Bu məsələdə həm tarixi, həm də indiki məsuliyyəti daşıyan inkişaf etmiş dövlətlərin problemlərin həllinə  etinasız yanaşması, problemin həllini   daha da çətinləşdirir".  

O, Xəzər dənizinin 1977-ci ildən 1995-ci ilə qədər 2.5 metr qalxdığını qeyd edib. "Bu zaman dövlətə 2 milyard ABŞ dollarından çox ziyan dəyib. Xəzər 2030-cu ilədək 1-1.5 metr qalxa bilər".

Hazırkı qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyasının 75 ilə quruya biləcəyi haqda məlumatlara gəlincə, İ. Əliyev Xəzər dənizinin qurumasının yox, artmasının gözlənilən olduğunu deyib: "Xəzərin səthindən buxarlanma böyük su sərfidir. Ancaq yağıntıların xarakteri dəyişib, ildə 2-3 dəfə güclü yağıntı düşəndə balans pozulacaq. Gələn su buxarlanmadan artıq olacaq, Xəzərin səviyyəsi qalxacaq. Aral dənizi qurudu deyə, elə deyirlər. Aral suyunu Sırdərya və Amudərya çaylarından alırdı. Bu çaylardan böyük pambıq plantasiyalarının suvarılmasında, böyük su kanallarında istifadə olundu. Qalan su da buxarlandı".

Qeyd edək ki, Rusiya mediasında amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialı dərc edilmişdi. "Geophysical Research Letters" jurnalında dərc olunan materialda qeyd edilir ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə, bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır. Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol