• $
  • €
  • ₽
  • ₺
  • £

"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli oldu

"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli oldu
29.05.2020 05:45
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yerli startapların inkişafı üçün hazırladığı layihələr davam edir. Mərkəzin ötən ay

PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncə şəhərindəki startaplar üçün elan etdiyi "Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub. Gəncə şəhərində ilk dəfə təşkil edilən müsabiqəsinin 16 oktyabrda final mərhələsi keçirilib. Finalda 10 komanda iştirak edib. Öz ideyalarını hakim heyətinə təqdim edən komandalar biznes-planla birlikdə 10 dəqiqə ərzində çıxış ediblər. Beləliklə, "Ganja Big Idea Competition" ideya müsabiqəsinin qalibləri: 1-ci yer "BioBone” layihəsi , 2-ci yer "Sevimli ixtisasım” , 3-cü yer "HolaDost” .

Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılıblar.

1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu

2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu

3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edilib.

Məlumat üçün bildirək ki, müsabiqəyə 11 sentyabr tarixində start verilib. "Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır. Müsabiqə eyni zamanda bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verib.

Qeyd edək ki, sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və Startupları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol