• $
  • €
  • ₽
  • ₺
  • £

“AzRusTrans” şirkətin şəxsi vaqon parkını formalaşdıracaq

“AzRusTrans” şirkətin şəxsi vaqon parkını formalaşdıracaq
19.10.2017 10:21

"Azərbaycan Dəmi Yolları” QSC və "Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş "AzRusTrans” QSC 10 oktyabr 2016-cı ildən  fəaliyyətə başlayıb. Bu, dövlət və özəl sektoru arasında formalaşmış unikal təcrübə kifayət qədər müsbət nəticələr verdı,  şirkət taxıl və taxıl məhsullarının  əsas tədarükçüsü oldu və meşə məhsulları tədarükü bazarındada öz yerini tutdu.

Bir il fəaliyyəti ərzində şirkət 415 000 ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib.

"AzrusTrans” şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması oldu. Daşımalar yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması gözlənilən Bakı-Tbilisi-Kars dəmir yolu işə düşdükdən sonra isə, Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tbilisi-Kars dəmir yolu xəttinin istifadəyə verilməsi Turkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var, belə ki, hər il Rusiyadan Türkiyəyə 4 mln ton taxl və taxıl məhsulları və əlavə 2 mln tonn taxıl istehsalı üçün xam mal tədarük olunur. AzRusTrans şirkəti artıq bu istiqamətdə həyata keçirmək üçün yeni lahiyələr hazırlayır.

Hal hazirda Astara ərazinidə taxıl terminalının tikinti lahıyəsi üzrə işlər aparılır, lahiyə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İrana birbaşa xətti ilə və daha az xərclərlə  taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yolu Xəzər dənizidir – Həştərxan və Mahaçkala limanları. Bu limanlarda hazırda ildə 1,6 mln ton yük yüklənir, və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması  ölkənin tranzit potensialını dahada möhkəmləndirəcək.

Baxmayaraq ki, "AzRusTrans” əsasən taxl və taxıl məhsullarının tədarükünü həyata keçirir, həmçinin "Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gəlləəcəkdə isə Türkiyəyə ərazisinə də tədarükünü həyata keçirəcək.

Gürcüstan istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün AzRusTrans şirkəti amerikanın Bunge Limited və İsveçrənin Glencore International AG şirkətləri ilə əməkdaşlıq edirdi. Lakin, Bunge Limited şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, şirkək, yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparır.  Gürcüstan istiqamətində daşımalar, Azərbaycan Dəmir Yolları tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.

AzRusTrans şirkətnin fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin formalaşmış vaqon parkıda təmin edir. Hazırda şirkət vaqonları Azərbaycan Dəmir Yolları QSC-dən icarəyə götürür, Rusiya ərazisndə tərəfdaşın olması hesabına isə "AzRusTrans”, Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib.

Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir, bu biznesə əlavə rentabellik və daxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqeyini tutmağa imkan yaradacaq.  "AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlırının sayını artıracaq. Hazırda şirkət "Azərbaycan Dəmir Yolları”-nın operatoru qismində  10% yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə, bu rəqəm daha da artırılacaq.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol