• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcənin icrasında 784 mln. manatlıq defisit yaranıb

Büdcənin icrasında 784 mln. manatlıq defisit yaranıb
19.10.2017 12:12
Cari ilin doqquz ayında dövlət  büdcəsinin mədaxili 12045,1 mln. manat,  xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
 
Maliyyə Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bu doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı  12045,1 mln. manat və ya 0,2 faiz çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2% çoxdur.
 
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə dövlət büdcəsinə 5224,8 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1% çoxdur. Həmin vəsaitin 73,2%-i və ya 3825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
 
2017-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 117,8% əməl edərək dövlət büdcəsinə 1950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və ya 17,9% çoxdur.
 
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0  mln. manat  vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275,0 mln. manat və ya 6,0% azdır.
 
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9% çoxdur.
 
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250,0 mln. manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən  transfert şəklində daxil olub.
 
Cari ilin iyul-sentyabr ayları üzrə  dövlət büdcəsinin mədaxili üzrə 4320,3 mln. manat vəsait daxil olub.
 
Bu ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7% və ya 12783,7 mln. manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2161,5 mln. manat və ya 20,3% çoxdur.
 
İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,1%-i və ya 4865,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və ya 7,8 faiz çoxdur.
 
Cari ilin doqquz ayında  dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1666,1 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib.
 
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4590,0 mln. manat icra olunub.
 
Cari ilin doqquz ayında dövlət büdcəsində 738,6 mln. manat kəsir (defisit) yaranmışdır.
Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və cari ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.
 
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 17586,9 mln. manat, icmal büdcənin xərcləri  isə 16972,4  mln. manat  icra olunub. İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol