• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda hündürmərtəbəli binaların eyvanları sökülür

Bakıda hündürmərtəbəli binaların eyvanları sökülür
19.10.2017 14:47
Bakının mərkəzi küçələrində hündürmərtəbəli binaların eyvanları ("balkon”lar) sökülür.

Anews.az Report-a istinadən xəbər verir ki, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonu ərazisində həyata keçirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri İsgəndər Səfərov açıqlamasında bildirib ki, köhnə və müddətini başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək yeniləri ilə əvəz olunur.

Onun sözlərinə görə, hazırda rayonun Rəşid Behbudov, Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsi, 28 may, Azadlıq prospekti, Nizami küçəsində olan binalarında təmir işləri gedir: "Heç bir binada eyvanların ləğvindən söhbət getmir. Sadəcə yeniləri tikilir. Çünki eyvanların çoxu betonun altında qalmağına baxmayaraq, istismar müddətini başa vurmuşdu. Söküntü işləri Nazirlər Kabinetinin müvafiq göstərişinə əsasən, tikinti şirkətləri tərəfindən icra olunur”.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da deyib ki, son beş ildə rayonun mərkəz küçələrində - Yusif Səfərov, Afiyəddin Cəlilov, Nobel prospektinin giriş hissəsində 20 binanın fasadı əsaslı şəkildə təmir olunub, 470 eyvan yenilənib: "Proses mərhələli şəkildə hələ də davam edir. Çuqundan yeni eyvan qəfəsləri hazırlanır. Qəzalı vəziyyətdə olan eyvanlar tamamilə sökülərək yeniləri ilə əvəz olunur. Təbii ki, bu işlər fasad təmirinin içərisində olur”.

P.İmanov vurğulayıb ki, hazırda Afiyyəddin Cəlilov və Mehdi Mehdizadə küçəsində də təmir işləri davam edir: "Ümumilikdə 40 eyvanın təmiri aparılır”.

Qeyd olunub ki, ilin sonuna kimi işlərin başa çatdırılması nəzərdə tutulur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol