• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “iPhone 8” satışa çıxarılacağı tarix açıqlandı

Azərbaycanda “iPhone 8” satışa çıxarılacağı tarix açıqlandı
20.10.2017 17:18
Oktyabrın 27-i Azərbaycanda rəsmi olaraq "Apple”-in yeni smartfonu – iPhone 8-in rəsmi satışına başlanılacaq.

Bunu AzVision.az-a açıqlamasında MDB ölkələri üzrə Apple Premium Reseller layihələrinin rəhbəri Nadejda Damarad bildirib. 

Damaradın sözlərinə görə, iPhone 8-in Azərbaycan üzrə rəsmi qiyməti gələn həftənin ilk iş günü açıqlanacaq. 
"Yekun qiymət istehsalçının qiyməti və ölkədə mövcud olan gömrük rüsumları əsasında formalaşacaq. iPhone Х modelinin rəsmi satışlarına noyabrın üçündə ABŞ və Kanadada başlanılması nəzərdə tutulub. Biz bu modelin rəsmi olaraq Azərbaycanda dekabrın ilk on günlüyündə satışa çıxarılacağını gözləyirik”, - deyə "Apple” rəsmisi vurğulayıb. 

Damaradın sözlərinə görə, hazırda "Apple” qurğularının rəsmi satış həcmi o qədər də böyük deyil, lakin şirkət brendi Azərbaycanda populyar etmək üçün aktiv şəkildə işləyir: "Brendi populyarlaşdırmağa dair əsas strategiyalardan biri rəsmi mağazaların açılmasıdır. Bu gün biz tamamilə yeni konsepsiya ilə işləyən yeni mağazanın açılışında iştirak etdik. Gələcəkdə Bakıda daha iki mağazanın açılması planlaşdırılır. Biz bu biznesi daha keyfiyyətli formada inkişaf etdirmək istəyirik. Biz istehlakçıları smartfonları Dubay və ya ABŞ-dan deyil, Azərbaycandan almaları üçün iş görürük. Çünki "Apple” smarftonlarında problem yarandığı təqdirdə onlar qurğularını rəsmi servis mərkəzində təmir edə bilərlər. Bizim Azərbaycanda B2B kanalı da daxil olmaqla pərakəndə satış seqmentində iştirakımızı genişləndirmək niyyətindəyik. Təhsil sahəsində çox aktiv şəkildə işləyirik, üstəgəl bizim şirkət "Asbis Enterprises” Azərbaycanda öz ofisini açıb”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol