• $
  • €
  • ₽
  • ₺
  • £

STAR zavodunda Türkiyənin idxalının 1/3-i qədər dizel istehsal olunacaq

STAR zavodunda Türkiyənin idxalının 1/3-i qədər dizel istehsal olunacaq
01.11.2017 18:20
"Zavodunun işə düşməsi ilə Türkiyə idxalda 2,5 mlrd. dollar qənaət edəcək"
 
2017-ci ilin 8 ayı ərzində Türkiyədə 15,6 mln. ton dizel yanacağı istehlak olunub. "APA-Economics" xəbər verir ki, ötən ilin müvafiq dövrü ərzində Türkiyədə istehlak olunan dizel yanacağının həcmi 14,4 mln. ton idi.
 
Hesabat dövründə qonşu ölkədə 7,2 mln. ton dizel yanacağı istehsal olunub. Qeyd edək ki, 2016-cı ilin 8 ayı ərzində bu göstərici 5,9 mln. ton olub.
 
Bu ilin yanvar-avqust ayları ərzində Türkiyə 8,354 mln. ton dizel yanacağı idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,47% azdır.
 
Türkiyənin Enerji Bazarlarına Nəzarət İdarəsinin (EPDK) açıqlamasında deyilir ki, daxili bazarda dizel yanacağının istehsalının artırılması məqsədilə 2014-cü ildə TÜPRAŞ ("Koç" şirkətlər qrupuna daxildir) tərəfindən "Fuel Oil Dönüşüm Projesi"nin reallaşdırılmasına başlanılıb. Layihənin reallaşması ilə əlavə 3 mln. ton dizel yanacağına olan tələbatı qarşılamaq mümkün oldu. "Fuel Oil Dönüşüm Projesi"nin dəyəri 3 mlrd. dollardır və burada 500 nəfər işlə təmin olunub.
 
EPDK qeyd edir ki, daxili tələbatın ödənilməsi məqsədilə STAR neft emalı zavodunun tikintisi də olduqca əhəmiyyətlidir. Zavod 2018-ci ilin üçüncü rübündə fəaliyyətə başlayacaq. Burada il ərzində 4,7 mln. ton dizel yanacağı istehsal olunacaq ki, bu da hazırkı idxalın 1/3-nə bərabərdir. Zavodun ümumi dəyəri 6 mlrd. dollara yaxındır. Onun işə düşməsi ilə Türkiyə idxalda 2,5 mlrd. dollarlıq qənaət etmiş olacaq.
 
SOCAR Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 mln. ton neft təşkil edən STAR neft emalı zavodunun inşasına başlayıb. 2011-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev və o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə layihənin tikinti-hazırlıq mərhələsinin təməli qoyulub. Zavod ildə 10 mln. ton xam neft (sutkada 214 min barrel neft) emalı gücünə malik olacaq və nafta, dizel, reaktiv yanacaq və digər məhsullar istehsal edəcək. Naftanın "Petkim" üçün karbohidrogen xammalı kimi istifadə üçün, dizel və reaktiv yanacağın isə daxili Türkiyə bazarını təchiz edəcəyi nəzərdə tutulub.
 
Zavodun qurulmasında əsas məqsəd "Petkim"in xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olan digər məhsullarının istehsal olunmasıdır. Layihənin 2018-ci ilin üçüncü rübündə işə düşməsi planlaşdırılır. Yeni zavod üçün ilkin layihə smeta dəyəri 5,6 mlrd. dollar təşkil edir. 2014-cü ili may ayında 23 beynəlxalq, eləcə də türk bankları ilə 3,29 mlrd. dollar kredit müqavilələri imzalanıb: bu kreditlərin 2,7 mlrd. dolları 18 il, 600 mln. dolları isə 15 il müddətinə imzalanıb.
 
Bundan öncə "SOCAR Turkey Energy A.Ş."-nin rəhbəri Zaur Qəhrəmanov bildirib ki, daha əvvəl 5,4 mlrd. dollar olan layihənin dəyəri 6 mlrd. dollar təşkil edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol