• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” jurnalistlər üçün Nar bayramı media-turu təşkil etdi - FOTOLAR

“Nar” jurnalistlər üçün Nar bayramı media-turu təşkil etdi - FOTOLAR
07.11.2017 09:59
Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən "Nar” Göyçayda təşkil edilmiş ənənəvi Nar bayramı ilə əlaqədar olaraq mətbuat nümayəndələri üçün media-tur təşkil edib. Müxtəlif maraqlı müsabiqələr və əyləncəli proqramla müşayiət olunan tədbir böyük bayram əhval-ruhiyyəsində keçib.

Tədbir zamanı "Nar” əməkdaşları jurnalistlər üçün təşkil edilmiş təqdimat çərçivəsində mobil operatorun fəaliyyət istiqamətləri, xüsusilə regionları əhatə edən fəaliyyətlər, bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən "Yerlim” tariflər toplusu, şəbəkənin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, 2017-ci il ərzində ölkə ərazisində qurulmuş yeni baza stansiyaları, işğaldan azad edilmiş ərazilərdə "Nar” şəbəkəsinin təmin edilməsi, səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən "HD-Voice” (High Definition Voice) xidmətinin təqdim edilməsi, ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətlərinin müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilməsi və planlaşdırılan digər işlər barədə geniş məlumat veriblər.

"Nar” tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub. Bayramda iştirak edən media nümayəndələri mobil operatorun təqdimatını maraqla izləyərək tədbirdən geniş reportaj hazırlayıblar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

"Nar” məhsul, xidmət, tarif və kampaniyaları barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
 
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol