• $
  • €
  • ₽
  • ₺
  • £

Palata Vahid Ələkbərovun bankında yoxlama aparır

Palata Vahid Ələkbərovun bankında yoxlama aparır
29.05.2020 01:00
Maliyyə Bazarlarına Nəzarət Palatası azərbaycanlı milyarder, "Lukoyl” şirkətlər qrupunun prezidenti Vahid Ələkbərova məxsus "Nikol Bank” ASC-də kompleks yoxlamalara başlayıb, bu barədə  "AzPolitika” xəbər verir.
 
Məlumatda qeyd olunur ki, bütün bunların səbəbi Bankın rəhbərləri -İdarə Heyətinin sədri Nikolay Şurqaya və onun birinci müavini Fərhad Hacınskinin  fəaliyyəti ilə bağlıdır. Hər iki şəxsin "Nikoil Bank”a "Rabitəbankdan” gəldiyinə diqqət çəkən mənbə, həmin bankın çox ciddi problemlərlə üzləşdiyini, hazırda kredit portfelinin 70 faizindən çoxunun problemli olmasını vurğulayıb. Həmin kommersiya qurumunda da Nikolay Şurqayanın müavini kimi fəaliyyət göstərən Fərhad Hacınski, yaratdığı ciddi problemlərə görə qovulduqdan sonra təxminən ilyarım işsiz qalıb. Amma Nikolay Şurqaya onun dadına çatıb və Hacınski "Nikoil Bank”da yüksək posta gətirilib.

Mənbə onunla bağlı daha bir maraqlı fakta diqqət çəkir: Hacınski Tibb Universitetinin məzunudur, heç bir iqtisad təhsili yoxdur, bu avtomatik olaraq sədr müavininin bank sistemində yüksək post tutmasını əngəlləyir, çünki qanunvericiliyin tələbi belədir. O zaman Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası onun ölkənin ən böyük banklarından birində vəzifə tutmasına necə göz yumub? Bu, "Nikoil Bank”da yeganə hal deyil. Məsələn, Bankın Hüquq Departamentinin sədri Vüqar Kərimovun da hüquq təhsili yoxdur. 

Şurqaya-Hacınski komandasının "Nikoil Bank”a transferindən əvvəl bu kommersiya qurumunda ciddi problemlər baş verib. Bankın İdarə Heyətinin əvvəlki sədri Vasili Xamaza banka məxsus 40 milyon manatdan çox vasaiti talan edib və onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Hazırda V. Xamaza axtarışdadır. Mənbənin bildirdiyinə görə, Azərbaycan vətəndaşı olmayan Xamaza dələduzluq, mənimsəmə, saxtakarlıq və s. cinayətlərdə ittiham olunur.


Saytın yazdığına görə, bankda təftiş olunan əsas problemlərdən biri "şapka” əsasında gürcü millətindən olan maklerlərə kreditlərin verilməsidir. Mənbə bildirib ki, yüksək məbləğli bank vəsaitləri təhlil olunmadan bir günün içində sədrin "məsləhət gördüyü” şəxslərin adlarına kredit kimi rəsmiləşdirilir. Belə "gəlirli” işlər Bankın Koorporativ Kredit Departamentinin sədri İlqar Tağıyevin rəhbərliyi ilə həyata keçirilir. Onun kuratoru isə İdarə Heyəti sədrinin birinci müavini Fərhad Hacınskidir.


Maraqlıdır, Palatanın apardığı yoxlamalardan sonra Vahid Ələkbərovun on milyonlarla vəsaiti etibar etdiyi Şurqaya-Hacınski komandası sələfi Vasili Xamazanın aqibətini yaşayacaqmı? Milyarder korrupsiya yeminə çevrilən vəsaitlərini xilas etmək üçün hansı tədbirləri görəcək?, deyə sayt yazır.

Qeyd edək ki, əldə olunan bu məlumatlarla bağlı "Nikoyl Bank”ın rəhbərliyinin mövqeyini öyrənmək üçün sayt banka şifahi və yazılı sorğu verib və cavab ala bilməyib. 
 
"Nikoil Bank”ın mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol