• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar hansı benzindən istifadə edir? - SORĞU

Deputatlar hansı benzindən istifadə edir? - SORĞU
29.05.2020 02:07
Azərbaycanda "Aİ-95” ("Premium”) və "Ai-98” ("Super”) markalı benzin bahalaşdı.

Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0, 20 manat artaraq, 1,25 və 1,50 manata çatıb.
Maraqlıdır, bəs görəsən Azərbaycanda deputatlar şəxsi avtomobilləri üçün hansı markalı benzindən istifadə edirlər?

Yenicag.az olaraq, suala cavab tapmaq məqsədilə bəzi deputatlara müraciət etdik.

Deputat Vahid Əhmədov şəxsi avtomobili üçün "Aİ-92” və "Aİ-95” ("Premium”) markalı benzindən istifadə etdiyini deyib.

O, bildirib ki, şəxsi avtomobili olmasına baxmayaraq, ictimai nəqliyyatdan da istifadə edir:

"Sonuncu dəfə bir ay bundan öncə, avtobusdan istifadə etmişəm. Özü də tək yox, ailəmlə getmişəm. Şəxsi avtomobilim üçün isə "Aİ-92” və "Aİ-95” ("Premium”) markalı benzindən istifadə edirəm”.

Deputat Aqil Abbas isə "Aİ-92” markalı benzindən istifadə etdiyini söyləyib.

Musa Qasımlı isə "Aİ-92”və "Aİ-95” ("Premium”) markalı benzindən istifadə etdiyini qeyd edib. O, ara-sıra metrodan da istifadə etdiyini vurğulayıb:

"Sonuncu dəfə bir həftə əvvəl ictimai nəqliyyatdan istifadə etmişəm. Amma harasa gedəndə, şəxsi avtomobilə üstünlük verirəm”.

Fazil Mustafa da "Aİ-92” markalı benzindən istifadə edən deputatlar sırasındadır.

""Aİ-92”-dən istifadə edirəm, keyfiyyətindən də razıyam. Maşınımı ustaya aparanda isə metrodan istifadə edirəm”.
Deputat Fəzail İbrahimli də bəzi həmkarları kimi "Aİ-92” markalı benzindən istifadə etdiyini dedi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol