• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzillərin qiymətləri bahalaşdı

Mənzillərin qiymətləri bahalaşdı
24.11.2017 11:15
2017-ci ilin oktyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,46 faiz artıb.

Anews.az xəbər verir ki bunu Trendə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ay torpaq bazarı, eləcə də, mənzil və kommersiya obyektlərinin icarəsi bazarı artım nümayiş etdirib.

O qeyd edib ki, hesabat dövründə torpaq bazarında qiymətlər 1,61 faiz, mənzil kirayəsi bazarında 6,06 faiz, kommersiya obyektlərinin kirayəsi 4,73 faiz bahalaşıb: "İlkin mənzil bazarında qiymətlər 0,41 faiz, təkrar mənzil bazarında 0,75 faiz, kommersiya obyektləri bazarında 4,88 faiz azalıb".

Ekspert qeyd edib ki, ilin əvvəlindən bazarda qiymətlər 9,16 faiz azalıb.

Onun sözlərinə görə, ümumilikdə qiymətlərin ucuzlaşması bir qədər azalıb, torpaq bazarı və mənzil kirayəsi bazarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 4,71 faiz və 16,22 faiz artıb. Bazarın digər seqmentləri azalma nümayiş etdirib: "İlkin və ikinci mənzil bazarlarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 10,46 faiz və 4,31 faiz, kommersiya obyektləri bazarında 19,01 faiz, obyektlərin icarəsi bazarında isə 15,38 faiz azalıb".

Onun sözlərinə görə, oktyabr ayında qiymətlərin artımı mövsümi xarakter daşıyır: "Bu, adi haldır, yayda bir qədər azalmadan sonra payızda bazar fəallaşır. Biz bu il də bu prosesi müşahidə edirik. Fikrimcə, noyabr və dekabr aylarında qiymətlər artmaqda davam edəcək. İlin sonunadək qiymətlər daha 3-5 faiz bahalaşa bilər".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol