• $
  • €
  • ₽
  • ₺
  • £

Kvirikaşvili: “BTQ regional inkişafı gücləndirəcək”

Kvirikaşvili: “BTQ regional inkişafı gücləndirəcək”
29.05.2020 03:20
"Bakı-Tbilisi-Qars dəmir yolu regional inkişafı gücləndirəcək".
 
APA-nın yerli bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən beynəxlalq "İpək Yolu” forumunda çıxışında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib. O bildirib ki, Gürcüstan yeni İpək Yolu təşəbbüsünə töhfə verməyə hazırdır: "Bildiyiniz kimi, Türkiyə və Azərbaycan hökumətləri ilə sıx əməkdaşlıq sayəsində oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu dəmir yolu Mərkəzi Asiya ölkələrini Avropa dəmir yolu şəbəkəsinə birləşdirən alternativ yoldur. Avropa və Asiya arasında körpü olan Gürcüstan diversifikasiyalı iqtisadiyyata nail olmaqla yanaşı, dünya  bazarlarına daha yaxşı inteqrasiya etməyə çalışır. Bizim əsas məqsədimiz region və ondan kənarda iqtisadi əlaqələrin dərinləşdirilməsidir. İnanırıq ki, Gürcüstanın Avropa və Çin ilə azad ticarət haqqında sazişləri, Anaklia dərin dəniz limanı və Bakı-Tbilisi-Qars dəmiryolu regional inkişafa töhfə verəcək”. 
 
G.Kvirikaşvili qeyd edib ki, "İpək Yolu” forumunun keçirilməsində məqsəd daha böyük iqtisadi və dayanıqlı inkişafa nail olmaq üçün regional tərəfdaşlarla Gürcüstanın imkanlarının birləşdirilməsidir: "İnanıram ki, bu forum regional əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkanlar yaradacaq. Bu əlaqələr iqtisadi artımı inkişaf etdirəcək və təhlükəsizliyi təmin edəcək. Forum sözlərdən hərəkətə keçmək və məqsədlərin reallığa çevrilməsinə hədəflənib”.
 
Qeyd edək ki, "İpək Yolu” forumunda 60-dan çox ölkədən 2 minə yaxın nümayəndə iştirak edir. Azərbaycanı tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təmsil edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol