• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkəti developerlər üçün “Pitçinq” üzrə master-klass təşkil edib

Bakcell şirkəti developerlər üçün “Pitçinq” üzrə master-klass  təşkil edib
29.11.2017 19:13

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "AppLab” proqramının iştirakçısı olan developerlər üçün daha bir təlim  təşkil edib.

"Pitçinq” üzrə master-klassda (Qısa təqdimat üzrə təlim)  iştirakçılara qısa təqdimatların üç əsas üsulu olan "the high-concept pitch” (startap ideyasının bir qısa cümlə ilə ifadə etmək bacarığı), "the elevator pitch” ("lift təqdimatı” üsulu) və "the pitch deck” ("Power Point” və s. alətlər vasitəsilə qısa təqdimat) barədə ətraflı məlumat verilib.

"The high-concept pitch” adlanan ilk üsul startapın ideyasını bir cümlə vasitəsilə ifadə etməkdən ibarətdir. Bu üsul sayəsində şirkət barədə məlumat dostlar, müştərilər və investorlar tərəfindən daha asan şəkildə yayıla bilər. Applab iştirakçılarının təlim zamanı öyrəndikləri digər təqdimat üsulu "the elevator pitch” ("lift təqdimatı” üsulu) adlanır. Bu üsulun  əsas mahiyyəti məhsul və  komanda  barədə məlumatın müvafiq auditoriyaya 30 saniyə ərzində çatdırılmasından ibarətdir. Bu kimi təqdimat növündən liftdə və yaxud növbədə dayanarkən istifadə oluna bilər. Digər təqdimat üsulu isə "the pitch deck” adlanır ki, bu da biznes-plana bənzər bir təqdimat növüdür. Bu təqdimat əsas məqsəd, xülasə, komanda barədə məlumat, əsas problemlər və onların həlli yolları və s. kimi  hissələrdən ibarətdir.

""Pitçinq” üzrə master-klass  sayəsində mən təqdimat etmə sənətinin incəliklərini daha yaxşı başa düşürəm. Uğurlu təqdimat etmək üçün sadəcə gözəl danışıq qabiliyyətinə malik olmaq kifayət deyil”, deyə "CineMania.az” layihəsinin təsisçisi Cavid Axundov bildirib.

"Applab” proqramıının iştirakçısı olan  "Buket.al” startap layihəsinin sosial media üzrə mütəxəssisi Vəfa Məmmədzadə isə "Təlim zamanı mən bir neçə yeni termin ilə tanış olaraq satış sahəsində yeni yanaşmalar və qısa təqdimat üsulları barədə ətraflı məlumat almışam. Təlimin ən maraqlı hissələrdən biri isə təlimçilərin bu mövzu ilə bağlı real həyatdan götürülmüş misalları və şəxsi təcrübələri oldu”, deyə bildirib.

Qarşıdakı aylar ərzində Bakcell şirkəti developerlər üçün blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda treninqlər də təşkil edəcəkdir.

"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol