• $
  • €
  • ₽
  • ₺
  • £

"PalSüd" ancaq təbii süddən istifadə edir - Şirkət iddiaları yalanladı

"PalSüd" ancaq təbii süddən istifadə edir - Şirkət iddiaları yalanladı
04.12.2017 21:45
"PalSüd" MMC-nin məhsullarını quru süddən hazırlaması ilə bağlı iddialar təkzib olunub. 


Bu barədə "Palmali"nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.


Şirkət rəsmisi Qaynarinfo-ya daxil olan məlumatlar əsasında hazırlanan yazıda səslənən fikirləri dezinformasiya adlandırıb. Qarşı tərəfin mövqeyini olduğu kimi təqdim edirik:


"Palsüd" haqqında yazılan son informasiya kökündən yanlışdır  və biz bunu son vaxtlar şirkətimiz haqqında yazılan sifarişli dezinformasiya yazılarının tərkib hissəsi sayırıq. 


Bu tip hücumlar ölkədə azad sahibkarlığın inkişafına vurulan zərbədir və bir mərkəzdən idarə olunan qüvvələr şirkətimizin Azərbaycanda açdığı iş yerlərinin bağlanmasına təşfiq göstərir. Palsüd Azərbaycanın süd istehlak bazarında özünəməxsus yeri olan brenddir, ilk gündən təbii süddən istifadə etməklə bazarda özünü təsdiq etmiş,alıcıların rəğbətini qazanmışdır. Yazıda qonşu Gürcüstanda süd istehsalı zamanı quru südün istifadəsinin qadağası haqqında qeyd olsa da sifarişli yazının müəllifləri bir şeyi unudurlar. Palsüd Azərbaycandan Gürcüstan və Rusiya bazarına çıxan ilk süd brendidir. Məhz məhsulumuzun təbii süddən keyfiyyətlə hazırlanması digər ölkələrdə sərt qadağaların və nəzarətin məhsulumuza yaşıl işıq yandırmasına səbəb olub. Bir daha vurğulayırıq ki, Palsüd haqqında yazılan yazı yanlış və sifarişlidir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol