• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişiq”a müraciətlərin sayı artıb

“Azərişiq”a müraciətlərin sayı artıb
15.01.2018 13:00
2017-ci il ərzində "Azərişiq” ASC-yə daxil olmuş elektron müraciətlər qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə ASC-nin Baş İdarə və Regional Enerji Təchizatı və Satışı İdarələrində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.

"Azərişiq”dan AzVision.az-a verilən məlumata görə, müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib.

"Azərişiq” ASC-nin fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi istehlakçılar tərəfindən daxil olan bütün müraciətlər cavablandırılıb.

Aparılmış analitik araşdırma nəticəsində məlum olub ki, ən çox vətəndaşların müraciətləri gərginliyin aşağı olması ilə bağlı olub (30,8 %). Ötən ilin eyni dövrü ilə müqayisədə bununla bağlı müraciətlərdə 9,6 % azalma müşahidə olunur.

"Azərişıq” ASC-nin rəsmi internet səhifəsindən son bir il ərzində 6604 elektron müraciət daxil olub ki, bütün müraciətlər qısa müddət ərzində "Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən araşdırılıb icra edilib. Qeyd edək ki, 2016-cı ilin analoji dövründə 5477 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 17,1 % artıb.

"Statistikaya əsasən qeyd etmək olar ki elektron müraciətlərin daha çevik və operativ həlli istehlakçıların bu xidmətdən istifadəsinin artırıb. Həmçinin bildirmək istəyirik ki, daxil olmuş müraciətlər həftənin 6 günü cavablandırılır, istehlakçıların bütün müraciətləri araşdırılıb həll edilir, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki,istehlakçılar müraciətlərini "Azərişiq” ASC-nin www.azerishiq.az rəsmi internet səhifəsinin "Elektron Müraciət” bölməsinə daxil olaraq onları maraqlandıran sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə ünvanlaya bilərlər. Müraciətlərin qəbul olunması barədə istehlakçılara dərhal məlumat veriləcək, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin ediləcək. Bundan əlavə, istehlakçılar ASC-nin 199 nömrəli "Çağrı Mərkəzi”nə müraciət edə bilərlər: "Bütün müraciətlər araşdırılaraq öz həllini tapacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol