SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi

Dünyanın ən iri neft istehsalçıları olan "Lukoyl” və SOCAR iş adamı Mübariz Mənsimovun "Palmali" şirkətini "qara siyahı”ya salıb.
"Qafqazinfo” "Deniz Haber” portalına istinadən xəbər verir ki, Lukoyl şirkəti Palmali Dənizçilik ilə olan neftdaşıma sazişlərini ləğv edib, SOCAR şirkəti isə öz zavod və müssisələrinə Palmali gəmilərinin daxil olmasına qadağa qoyub.
Palmali Dənizçilik Şirkəti SOCAR-a olan borclarını vaxtında ödəmədiyi üçün şirkətin 14 gəmisi müsadirə edilib. Həmin gəmilər SOCAR-ın balansına keçərək yeni gəmiçilik şirkəti yaradılıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti isə Mənsimovun sahib olduğu "Palmali”nin Rusiyadakı törəmə Palmali LLC şirkəti haqda vergi pozuntuları ilə bağlı araşdırmaya başlayıb. Belə ki, şirkətin 2010-2011-ci illərdəki gəlirləri ilə bağlı yanlış məlumatlar verdiyinə dair şübhələr var. Palmalinin vergi borcunun 44 milyon 800 min dollar olduğu qeyd edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















