• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bu qurumun əmlakını geri alır – Rəsmi

Nazirlik bu qurumun əmlakını geri alır – Rəsmi
18.01.2018 11:31
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti Hövsan Quşçuluq MMC-ni məhkəməyə verib. Hazırda ASC ilə MMC arasnda məhkəmə prosesi davam edir.

Axar.az xəbər verir ki, ASC-nin iddiaları proses zamanı qismən təmin edilib. Məlumata görə, MMC məhkəmənin çıxardığı qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verib.

Hövsan Quşçuluq MMC-dən faktı Axar.az-a təsdiqləyiblər. MMC-dən verilən məlumata görə, iki qurumun məhkəmə çəkişməsinə səbəb "Hövsan Quşçuluğ”un iqtisadi durumu ilə bağlıdır:

"2016-cı ildəki iqtisadi durum nəticəsində yem qiymətlərinin qalxması kimi problemlər ödəməmizin gecikməsinə səbəb oldu. Aqrolizinq ASC-nin bizi məhkəməyə verməsinə səbəb də bu gecikmədir. Məhkəməmiz hələ davam edir. Bu müddət ərzində biz ASC-nin rəhbərliyi ilə görüşüb vəziyyəti izah etmək istəyirik ki, bizə bəzi məsələlərdə güzəşt etsinlər”.

Hövsan Quşçuluq MMC-nin əməkdaşı bildirib ki, ASC rəhbərliyinə təklif irəli sürüblər:

"Təklifimiz var ki, az-az müəyyən məbləğ ödəyək. İqtisadi durumumuza görə hazırda vəsaiti birdəfəlik ödəyə bilmirik. Bu təklifimizlə razılaşsalar, inanırıq ki, məhkəmə də yekunlaşacaq”.

Qeyd edək ki, "Foodinfo.az” saytın məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən ASC quşçuluq şirkətindən pul vəsaitinin tutulması, müqavilənin ləğv edilərək lizinq obyektinin və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə tələb irəli sürüb.

Hövsan Quşçuluq MMC ölkənin ən iri quşçuluq müəssisələrindən biridir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol