• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi

“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi
07.02.2018 19:26

Abunəçilərə yüksəkkeyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə aparılan təkmilləşdirmə işləri çərçivəsində "Nar” Bakı metropoliteninin stansiyalarında 4G (LTE) xidmətini təqdim edib. LTE-Advanced xidmətinin təqdimatı, bölgələrdə 4G şəbəkəsinin təmin edilməsi və şəbəkənin daha da yaxşılaşdırılması istiqamətində atılmış digər addımlardan sonra metro stansiyalarının platformalarında da LTE şəbəkəsindən istifadənin mümkünlüyü "Nar” abunəçilərinin ürəyincə olub. 
 
Qeyd edək ki, "Nar” 4G şəbəkəsi Bakı metropoliteninin fəaliyyətdə olan bütün stansiyalarının platformalarında ("Sahil” istisna olmaqla) təmin edilib. Artıq "Nar” abunəçiləri metro stansiyalarında  saniyədə 225 Mbps-dək olan mobil internet sürətinin üstünlüklərindən faydalanmaq imkanı qazanacaqlar. "Nar” öz şəbəkəsinin genişləndirilməsi, ən yeni və innovativ texnologiyaların tətbiqi, xidmət və məhsulların təqdimatı istiqamətindəki genişmiqyaslı işləri davam etdirəcəkdir.  
 
"Nar” LTE şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
 
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol