• $
  • €
  • ₽
  • ₺
  • £

Iki rayonda olimpiya idman kompleksi açılacaq

Iki rayonda olimpiya idman kompleksi açılacaq
29.05.2020 07:01
Bu il iki rayonda olimpiya idman kompleksi açılacaq.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş respublika müşavirəsində deyib.

Nazir bildirib ki, bugünkü müşavirənin məqsədi bu yaxınlarda Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından irəli gələn məsələlər və bu il görüləcək işlər barədə fikir mübadiləsi aparmaqdır.

A.Rəhimov qeyd edib ki, bu il Beyləqan və Lənkəran Olimpiya İdman komplekslərinin və Bakının Buzovna qəsəbəsində idman zalının, Yeni Günəşli qəsəbəsində şahmat məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub: "Növbəti ildə isə Tərtər və Goranboy Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi planlaşdırılır".

O əlavə edib ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərində mehmanxana və kotteclərdə 1291 yataq yeri mövcuddur:

"2014-2017-ci illərdə Mingəçevir "Kür" Olimpiya Tədris İdman Mərkəzində 18 138 nəfər, Şəki Olimpiya İdman Kompleksində 8010 nəfər, İsmayıllı - 6538 nəfər, Qax - 1100 nəfər, Qəbələ Olimpiya İdman Kompleksində isə 350 nəfər yerli və xarici turist yerləşdirilib və onlara yüksək səviyyədə xidmət göstərilib. Regionlarda Gənclər evlərinin tikilməsi də bizim əsas vəzifələrimizdəndir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş dövlət proqramları çərçivəsində 15-i Gənclər və İdman Nazirliyinin balansında olmaqla ümumilikdə bu günədək 40 Gənclər Evi istifadəyə verilib".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol