• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Əhmədov: Vergi Məcəlləsi yenidən hazırlanmalıdır

Vahid Əhmədov: Vergi Məcəlləsi yenidən hazırlanmalıdır
13.02.2018 12:32
Vergi yoxlamaları ilə bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklə vergi yoxlamaları zamanı vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gəlməməsinə xüsusi diqqət yetirməlidir. 

Anews.az xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, elektron qaimə fakturası məsələsində də ciddi problemlər var:

"Son vaxtlar vergilər nazirinin tələbləri ilə sənədləşməyə çox ciddi diqqət yetirilir. Hesab edirəm ki, sənəd məsələsini birdəfəlik ləğv etmək qeyri-mümkündür. Lakin sənəddən başlamış istehlakçıya qədər bütün məsələlər şəffaf olmalıdır. Xahiş edirəm ki, nazirlik sənədləşmə işində ehtiyatlı olsun ki, sahibkarlar da əziyyət çəkməsin. Eyni zamanda, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər  Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətə uyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar”. 

Millət vəkili deyib ki, Vergi Məcəlləsi yenidən işlənib hazırlanmalıdır: 

"Yerli vergiləri yerli büdcələrə verməyi təklif edirəm. Nazirliyin bu məsələyə xüsusi diqqət yetirməyini xahiş edirəm. Bundan başqa, sadələşdirilmiş verginin faizi çox aşağıdır. Əsas səbəb isə dövriyyənin iki yüz min manat olmasıdır. Ötən müddətdə manat devalvasiyaya uğradı, ucuzlaşdı, amma bu məbləğ üçün sadələşdirilmiş vergini saxlamışıq. Sahibkarlar ya məcbur olub şirkətlərini bağlayır, ya da yeni şirkət yaradırlar. Təklif edirəm ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu əldə etmək üçün müəyyənləşdirilən bu məbləğə yenidən baxılsın və bu məbləğ 300-400 min manat səviyyəsinə qaldırılsın”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol