• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” və “Microsoft Imagine Cup”-ın uğurlu startapı fəaliyyətə başladı

“Nar” və “Microsoft Imagine Cup”-ın uğurlu startapı fəaliyyətə başladı
29.05.2020 08:11
Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən "Nar” operatoru "Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir. Azərbaycan Respublikası Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Təhsil nazirliyi, Gənclər və idman nazirliyi, Müəllif hüquqları agentliyi, "Microsoft Azerbaijan” şirkəti, "Paşa Bank” və "Nar” tərəfindən ənənəvi olaraq dəstəklənən "Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

Milli mərhələ çərçivəsində komandalar layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edəcəklər. Sözügedən turun qalibləri "Imagine Cup 2018”-in ABŞ-da keçiriləcək finalında iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.

"Imagine Cup 2018” müsabiqəsinin Milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, öz layihələrini layiqincə təqdimetmə bacarığını qiymətləndirəcək, gənc ixtiraçılara "Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olacaqlar. Ərizələrin onlayn təqdim edilməsi mərhələsi 2018-ci il fevral ayının 26-dək davam edəcək ki, burada layihənin təsviri, prototipi və onun inkişafının yaxın perspektivləri öz əksini tapmalıdır. Bu il əlavə olaraq daha 3 nominasiya üzrə seçim aparılacaq: "Mixed Reality”, "Artificial Intelligence”, "Big Data”.

Təhsil, elm və mədəniyyətin inkişafı "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol