• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell növbəti Karyera Sərgisində iştirak edib

Azercell növbəti Karyera Sərgisində iştirak edib
07.03.2018 16:38
Ölkəmizdə tələbə və məzunlara dəstək məqsədilə təşkil olunan Karyera Sərgilərində iştirakı ənənəyə çevrilən "Azercell Telekom” MMC ASAN Könüllülük Məktəbinin "ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə baş tutan 1-ci "Karyera sərgisi”nə qatılıb. Bakı Ali Neft Məktəbində baş tutan sərgidə şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları tərəfindən hazırlanan Azercell-in stendi hər kəs tərəfindən böyük maraqla qarşılanıb.
 
Stenddə şirkətin iş prinsipləri, kadr seçimində üstünlük verilən meyarlar haqqında məlumatlar yer alıb. Burada, həmçinin, Azercell-də tələbə və məzunlar üçün yaradılan imkanlar, gənclərin inkişafına yönəldilən proqram və layihələr haqqında da məlumat almaq mümkün olub. Şirkətin nümayəndələri Azercell-ə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edib, onların suallarını cavablandırıb və ehtiyac olduğu halda məsləhətlər də veriblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd - öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Ötən il ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12 Beynəlxalq Karyera Sərgisində də Azercell tələbələrə dəstək olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol