• $
  • €
  • ₽
  • ₺
  • £

Dollarla kredit olanlara şad xəbər

Dollarla kredit olanlara şad xəbər
29.05.2020 01:19
Vahid Əhmədov: "Biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik".

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında qəbul edilib.
Qanun aprelin 1-dən qüvvəyə minəcək. Azərbaycanda devalvasiya baş verdikdən sonra ölkədə problemli kreditlər çoxalmağa başladı. Həmin problem hələ də həllini tapmayıb. Əhali bu kreditlərin qaytarmaqda çətinlik çəkir, bank sektorunun sağlamlaşıdırlması sahəsində isə problemli ktreditlərə görə müəyyən problemlər yaranır. Əhalinin dollarla olan kreditlərinə müəyyən güzəşt oluna bilərmi?

Məsələ ilə bağlı İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri iqtisadçı – ekspert Vüqar Bayramov Sonxeber.az-a açıqlamasında bildirib ki, xarici valyutada olan kreditlərə güzəştlərin tətbiq edilməsi ilə bağlı İqtisadi Sosial İnkişaf Mərkəzinin hələ üç il əvvəl təkliflər paketi hazırlanıb. Məsələ ilə bağlı Dövlət, vətəndaş, müəyyən müştəri və bank arasında məsələhətləşmə aparıla bilər. Nəticə etibarilə bu problemin müəyyən qədər azalmasına, güzəştin tətbiq edilməsinə gətirib çıxaracaq. Amma problemli kreditlərlə bağlı güzəştin verilməsini söyləmək çətindir. Çünki, bütün hallarda qərarı hökumət verir. Biz güzəştin verilməsinin tərəfdarıyıq:

"İqtisadi Sosial İnkişaf Mərkəzi tərəfindən hələ 2015-ci ilin əvvəlində birinci devalvasiyadan sonra dollarla kolan kreditlər güzəşt edilməsi ilə bağlı təklif hazırlandı. Güman edirik ki, güzəştlərin verilməsi məsələsi aktualdır. Hökumət və dövlət quurmları həmin güzəşt paketindən istifadə edərsə, bu problemli kreditlərin həcminin azalmasına, bank sektorunun sağlamlaşdırılmasına və kredit götürənlərin öhdəliklərinin azalmasına gətirib çıxara bilər. Artıq növbəti addım Maliyyə Nazirliyi və Mərkəzi Bankın mövqeyindən asılıdır. Güzəşt tətbiq edilərsə, bu əhalinin xərclərinin azalmasınasəbəb olacaq. Vətəndşalar ödənişlərin bir qismindən azad ediləcək, bankların problemli kreditlərinin həcmi azalacaq. Bu baxımdan güzəştlərin tətbiq edilməsi vətəndaşlar və banklar üçün məqbul və əhəmiyyətli hesab olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Sonxeber.az- açıqlamasında "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinin qəbul edilməsinə münasibət bildirib.


Onun sözlərinə görə, Milli Məclisdə sığorta borclarının silinməsi ilə əlaqədar olaraq həmin qanunu birinci oxunuşda qəbul elədik. Bu çox ciddi qanun layihəsidir. Sığorta bazarının stabilləşməsi, işəgötürənlərin sığorta borclarının silinməsi üçün atılan bir humanist addım idi. Buna görə, Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Millət vəkili deyib ki, dollarla olan kreditlərin də qaytarılması üçün cənab Prezident tərəfindən sərəncam verilməsini arzu etdik. Çünki bu problem hələ də qalmaqdadır. Onun həll olunmaması Azərbaycanın maliyyə bazarına, kredit bazarına təsir göstərir. Bankların sağlamlaşdırılmasında müəyyən problem yaranır. Ona görə də, biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik.

Dollarla olan problemli kreditlərin Hökumət, Mərkəzi Bank və kommersiya bankları arasında bölüşdürülməsi ilə bağlı təklifimiz olub. Həmin kreditlər bu cür bölüşdürlsə bu problem yalnız hökumətin üzərində qalmaz:

"Bu kreditlərə güzəşt tətbiq edilməsi ilə bağlı 14 səhifəlik təklif vermişik. Hələlik bu təklifə baxılmayıb. Son vaxtlar müəyyən qədər maliyyə vəziyyəti yaxşılaşıb, problemlər aradan qalxdığı üçün biz xahiş edirik ki, əhalinin vəziyyətini yüngülləşdirmək, bankların sağlamlaşdırılması üçün Cənab Prezident belə bir sərəncam versin, yaxud biz bu sahədə qanun layihəsi qəbul edək. Həmişə olduğu kimi Cənab Prezident İlham Əliyev tez-tez humanist addımlar atır. Yəqin ki, bizim fikirlərimizə diqqət yetirilər, dolalrla olan kreditlər güzəşt edilməsi ilə bağlı addım atıla bilər. Problemli kreditlər sahəsində müəyyən güzəştlərin edilməsi ilə bağlı bu addımın atılması mümkündür. Çünki bu həm əhali, həmdə banklar üçün vacibdir".

Deputat vurğulayıb ki, ölkədə manatın devalvasiyadan sonra dollarla olan kreditlərin qaytarılması sahəsində problemlər yaranıb. Məhkəmələrdə bu məsələ ilə bağlı kifayət qədər işlər qalıb. Bunun həlli üçün bu addımın atılmasına ehtiyac var.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol