• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq

Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq
14.03.2018 13:29
Azərbaycanda vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində işlər davam etdirilməkdədir.
 
Vəkillər Kollegiyası Rəyasət Heyətindən AzVision.az-a verilən məlumata görə, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir. Xüsusilə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə belə hallarla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə yanaşı, vəkilliyin nüfuzuna da mənfi təsir göstərir.

Bu problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu günlərdə vəkillik fəaliyyəti ilə əlaqədar bır sıra ifadələrin Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyatını həyata keçirib. Belə ki, artıq "vəkil”, "advokat”, "advocate”, "адвокат”, "Hüquq məsləhətxanası”, "Azərbaycan Vəkillər Kollegiyası”, "Azerbaijan Bar Association”, "Коллегия Адвокатов Азербайджанской Республики” adları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının adına qeydiyyatdan keçirilib.

Artıq vəkil olmayan şəxslərin həmin ifadələrdən istifadəsi qanunla cinayət və ya inzibati məsuliyyətin yaranmasına səbəb olacaq. Belə ki, Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399-cu və 412-ci maddələri vəkil adından və əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən edir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, 2018-ci il aprelin 1-dən etibarən yuxarıda qeyd edilən ifadələrdən qanunsuz istifadə hallarının araşdırılması, o cümlədən belə halların aşkarlandığı təqdirdə qanunla müəyyən olunmuş qaydada bütün zəruri tədbirlərin görülməsinə başlanılacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol