• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyaçılara bayram müjdəsi

Pensiyaçılara bayram müjdəsi
16.03.2018 15:25
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev AzVision.az-a bildirib ki, xalqımızın əziz bayramı olan Novruz bayramının yaxınlaşması ilə əlaqədar pensiyaçıların maraqları nəzərə alınmaqla və onların sosial müdafiəsində növbəti tədbir kimi, bütün ölkə üzrə pensiyaların bayrama qədərki günlərdə maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülüb. 
 
O, qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi təmin olunub. Ümumiyyətlə, pensiyaların maliyyələşdirilməsinə mart ayı üçün 297,0 milyon manat vəsait köçürülüb.

E.Babayev bildirib ki, 2018-ci ilin 1 mart tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 318 min 434 nəfərdir. Pensiyalar 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari ilin əvvəlindən indeksləşdirilərək 5,7 faiz artırılıb və əmək pensiyalarının orta aylıq məbləği 208,36 manatdan 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata çatıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol