• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti sınaq imtahanına qeydiyyat başlayır

Növbəti sınaq imtahanına qeydiyyat başlayır
03.04.2018 12:43
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən anews.az-a verilən məlumata görə, sınaq imtahanları bir növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat 3 aprel saat 10:00-dan 24 aprel saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 12 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.

Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet”in "Hesab” bölməsində "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > "Sınaq imtahanının növü” > "Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanında iştirak haqqı 20 manatdır.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol