• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə yeni təyinat

Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə yeni təyinat
09.04.2018 16:43
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib.

Bankdan Axar.az-a verilən məlumata görə, toplantıda bankın 2018-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələri, daxili komitələrinin tərkibi və əsasnamələri, bankın təşkilati strukturu, İdarə Heyətinə 2 yeni üzvün qəbulu və cari məsələlərə baxılıb.

Qeyd edilib ki, Azərbaycan dövlətinin dəstəyi ilə sağlamlaşdırma prosesini uğurla başa çatdırmış Azərbaycan Beynəlxalq Bankı hazırda yeni inkişaf mərhələsindədir. Bankın kapital mövqeyinin bərpası, dayanıqlılığı, gəlirliliyi təmin olunub. Görülən işlərin müsbət nəticəsi kimi, Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub. Ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutu kimi bankın fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması, idarə edilməsinin müasir korporativ standartlar əsasında təşkili, kadr siyasətinin təkmilləşdirilməsi və s. istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı kimi, Müşahidə Şurasının iclasında bankın daxili komitələrinin tərkibi və onların yeni əsasnamələri təsdiqlənib. Azərbaycan Beynəlxalq Bankının təşkilati strukturunun optimallaşdırılması, institusional inkişafı məqsədilə qabaqcıl təcrübəyə uyğun bir neçə ixtisaslaşmış struktur bölmənin yaradılmasına, bəzi struktur bölmələrin isə yenidən təşkilinə qərar verilib.

Müşahidə Şurasının iclasında Bankın İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov İdarə Heyətinin üzvü və bankın Baş risk inzibatçısı təyin edilib. Nəbi Əliyev isə İdarə Heyətinə üzv qəbul edilməklə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyət strategiyasının hazırlanması istiqamətində iş gedir, strateji hədəflərə nail olmaq, bankın ən mükəmməl xarici təcrübəyə uyğun dayanıqlı inkişafını təmin etmək üçün bütün imkanlardan istifadə ediləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol