• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslarda “Təhlükəsizlik ayı”na start verildi

Avtobuslarda “Təhlükəsizlik ayı”na start verildi
20.04.2018 11:14
Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ən böyük özəl daşıyıcı şirkət olan "Xaliq Faiqoğlu” MMC paytaxtımızda keçiriləcək "Formula 1” yarışlarını izləmək üçün gələcək çoxsaylı turistlərin və şəhər sakinlərinin məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə "Təhlükəsizlik ayı”na start verib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Bildirilib ki, 20.04.2018-ci il tarixindən 20.05.2018-ci il tarixinədək davam edəcək "Təhlükəsizlik ayı”nın əsas məqsədləri sərnişindaşıma sahəsində xidmətin təkmilləşdirilməsi, sürücü-sərnişin münasibətinin tənzimlənməsi, sürücülər tərəfindən yol-hərəkəti qaydalarına riayət etmələri, qəza hallarının minimuma endirilməsi, paytaxtımıza gələn turistlərə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasıdır. Artıq bununla bağlı şirkətin rəhbər şəxslərinin də daxil olduğu müvafiq komissiya yaradılıb. Həmçinin sürücü-dispetçer heyətinə təhlükəsizlik jurnalları paylanılıb.

"Təhlükəsizlik ayı” çərçivəsində "Xaliq Faiqoğlu” MMC-nin istismarında olan marşrut xətləri üzrə fəaliyyət göstərən bütün avtobusların üzərinə müvafiq elanlar vurulacaq. Həmçinin sürücülər üçün maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Bundan başqa srnişinlərlə maarifləndirici söhbətlərin aparılması, onların ictimai nəqliyyatla bağlı bəzi yol-hərəkəti qaydaları üzrə məlumatlandırılması işi təşkil ediləcək. Eyni zamanda komissiya üzvləri marşrut xətlərinin dispetçer heyətinin işinə nəzarətin artırılması məqsədi ilə təlimatlandırılıb.

"XaliqFaiqoğlu” MMC "Təhlükəsizlik ayı” ayı çərçivəsində 10 gün müddətində xidmət səviyyəsinin yoxlanılması sorğusu da həyata keçirəcək. Bu məqsədlə 8 nəfərdən ibarət əlavə komissiya yaradılıb və komissiya üzvləri hər biri iki nəfərdən ibarət olmaqla 4 qrup formasında səyyar fəaliyyət göstərəcək. Hər bir qrup üzvləri sərnişinlərlə xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə yazılı sorğu keçirəcək. Sorğuda avtobusun rahatlığı, sürücülərin davranışı, digər sərnişinlərin davranışları, Bakıda sərnişin mədəniyyətinin səviyyəsi kimi bəndlər qiymətləndiriləcək.

Sorğunun gedişində xidmət səviyyəsinin qiymətləndirilməsi də planlaşdırılır. Bu zaman avtobuslarda sürücülərin dayanacağa yanaşması, qapıların hamısını açıb-açmaması, geyiminin səliqəsi, sürücülərin sərnişinlərlə ünsiyyəti, şəhərin mərkəzindəki çoxsaylı turistlərlə rəftarı və dil biliyinin səviyyəsi müəyyənləşdiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol