• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell inklüziv idmanı təşviq edir

Bakcell inklüziv idmanı təşviq edir
29.05.2020 09:38
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin "ASAN Radio” (100FM) ilə hazırladığı "Qlobal məqsədlər” verilişinə dəstək göstərir. "Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində önəmli rol oynayan inklüziv idmandan söz açılacaq.

Qeyd edək ki, bu il sentyabrın 24-dən 28-nə kimi Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Qlobal Forumu keçiriləcək. Əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət və dəyərin nümayişi olacaq bu Forum 30 ölkədən 300-ə yaxın gənc və orta yaş nümayəndəsini bir araya gətirəcək. Həmçinin, bu yaxınlarda Azərbaycan Xüsusi Olimpiya Təşkilatı və BMT-nin Əhali Fondu arasında Bakı-Abşeron yarımadası ərazisində inklüziv qız idmanını inkişaf etdirmək üçün saziş imzalanıb.

Beləliklə, bu həftə ASAN Radionun qonaqları - BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fərhad Hacıyev və Azərbaycan Xüsusi Olimpiya Təşkilatının milli direktoru Şahin Əliyev yuxarıda qeyd olunan tədbir və sazişin mahiyyəti və məqsədləri, habelə inklüziv idman sahəsində həyata keçirilən fəaliyyətlər və onların dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün əhəmiyyətini müzakirə edəcəklər.

Veriliş "ASAN Radio”da (100FM) 30 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 2 may (saat 11:05-də) və 4 may (saat 14:05-də) tarixlərində yayımlanacaq.

Xatırladaq ki, "Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Dayanıqlı İnkişaf məqsədləri yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Özünün "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Bakcell şirkəti uşaqlar, o cümlədən də əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir. Dəstəklənən layihələrin biri Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və "İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən etibarən həyata keçirilən "TOPs Proqramı – Şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi" model layihəsi olub. Bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris metodikası ilə dəstəkləmək idi. TOPs proqramı ilə əlaqəli keçirilmiş bir sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai sinif müəllimi faydalanmışdır. Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif yaş qruplarına daxil olan 23,000 nəfərdən artıq şagird daha maraqlı və aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən faydalanıb. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə keçirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol