• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN-da “Azərişığ”ın daha 2 xidməti yaradılıb

ASAN-da “Azərişığ”ın daha 2 xidməti yaradılıb
29.05.2020 10:07
"Azərişıq” ASC-nin "ASAN xidmət” və "ASAN kommunal” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub.
 
"Azərişıq”-dan AzVision.az-a verilən məlumata görə, bu gündən etibarən ölkədəki bütün "ASAN xidmət” və "ASAN kommunal” mərkəzlərində "yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və "istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb.

Qeyd edək ki, "yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.

"İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” üçün də ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Xidmətin müddəti isə işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Beləliklə "Azərişıq” ASC-nin "ASAN xidmət” və "ASAN Kommunal” vasitəsi göstərdiyi 11 xidmət, bu gündən etibarən 13 xidmət olub.

Bundan başqa, məlum olduğu kimi Nazirlər Kabineti "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə yeni qərar verib. Bununla da sahibkarların tələb olunan gücü 150 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə vahid tarif təsdiq edilib. Bu isə o deməkdir ki, "Azərişıq” ASC-nin "ASAN xidmət” və "ASAN kommunal” vasitəsi ilə bu günə qədər xidmət göstərdiyi "qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində yeniliklər edilərək vahid tarif tətbiq olunub. Bu isə sözsüz ki, sahibkarların işini daha da asanlaşdırıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol