• $
  • €
  • ₽
  • ₺
  • £

Güzəştli mənzillər nümayiş olundu - FOTO

Güzəştli mənzillər nümayiş olundu - FOTO
29.05.2020 03:15
Güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, 4 may 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş təşkil olunub. 

Anews.az xəbər verir ki, tədbirin əsas məqsədi Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzilləri ziyarətçilərə nümayiş etdirərək, istifadə olunan inşaat materialları və  təmir növləri haqqında ətraflı məlumat verməkdir. 

Agentliyin nümayəndəsi bildirib ki, 2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir.

29 çoxmənzilli yaşayış binasından ibarət olan Kompleksin 21 binasında konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. İlk mənzillərin vətəndaşlara təhvil verilməsi cari ilin yay aylarında planlaşdırılır. 

Artıq Yasamal Yaşayış Kompleksinin ilk dörd binasında 260 mənzilin satışa çıxarılması ilə bağlı elan verilib. Bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzillərdə keyfiyyətinə görə tamamilə eyni, yalnız dizaynına görə fərqlənən iki növ təmir aparılır.

Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir.

Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir. 
Daha sonra tədbirdə iştirak edən şəxslər belə görüşün keçirilməsi təşəbbüsünü yüksək qiymətləndiriblər və onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Mənzillərin təmirinin keyfiyyətlə aparıldığını qeyd edən nümayəndələr Yasamal Yaşayış Kompleksində gələcək sakinlərin rahat və sağlam yaşayışı üçün bütün zəruri şəraitin yaradıldığını vurğuladılar.

"Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan "Kapital Bank”, "Bank BTB”, "Unibank” və "Azər Türk Bank”ın təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər. 

Vətəndaşların rahatlığını təmin etmək məqsədilə, 6 aprel 2018-ci il tarixindən etibarən bu kredit təşkilatlarının müvafiq filiallarında güzəştli ipoteka kreditinin əldə edilməsi və "Elektron ipoteka” sistemində şəxsi kabinetin yaradılması ilə bağlı sualların cavablandırılması işinə başlanılıb. İşin səmərəli təşkili və vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq üçün bankların filialları paytaxtın müxtəlif istiqamətlərində müəyyən edilib. 

Qeyd edək ki, 6 aprel tarixindən etibarən agent bankların filiallarında 2000-dən çox vətəndaşa xidmət göstərilərək güzəştli ipoteka kreditinin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb və ətraflı məlumat verilib.

Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar bu siyahıda göstərilən ünvanlardan birinə yaxınlaşaraq və ya əlaqə nömrələrinə zəng edərək mövzu ilə bağlı suallara cavab tapa bilərlər.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol