• $
  • €
  • ₽
  • ₺
  • £

Nar abunəçiləri həftə sonlarında pulsuz danışır

Nar abunəçiləri həftə sonlarında pulsuz danışır
29.05.2020 11:52

 
"Nar”-ın yeni "Pulsuz həftəsonu” kampaniyası sayəsində artıq bütün Nar abunəçiləri həftənin şənbə və bazar günləri öz aralarında pulsuz danışa bilər. Kampaniyaya qoşulmaq üçün 777 qısa nömrəsinə SMS-lə "heftosunu” yazıb göndərmək kifayətdir. Kampaniyadan istifadə etmək tamamilə ödənişsizdir.
 
Qeyd edək ki, həftə sonlarında pulsuz danışıq imkanından yararlanmaq üçün həftə içi günlərində (bazar ertəsindən cümə gününə kimi) Nar nömrəsi 2 AZN məbləğində balans istifadə etməlidir. Həftə ərzində bütün istiqamətdə zənglərə, SMS-ə, mobil internetə və həmçinin Turbo paketlərinə sərf olunan məbləğlər hesaba alınır və 2 AZN-dən çox olduğu halda, həftə sonlarında şəbəkədaxili zəng xidməti pulsuz təqdim edilir. Şənbə və bazar günlərində təqdim olunan pulsuz zənglərin həcmi 500 dəqiqə olaraq müəyyən olunub.
 
"Pulsuz həftəsonu” və digər kampaniyalar haqqında ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda "Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. "P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi "ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınmışdır.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol