• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell yeni vakansiyaları ilə Karyera sərgisində iştirak edib

Azercell yeni vakansiyaları ilə Karyera sərgisində iştirak edib
21.05.2018 11:10
22 illik fəaliyyəti ərzində tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək olan Azercell ölkəmizdə keçirilən Karyera sərgilərində iştirakını davam etdirir.
 
Şirkətin İnsan Qaynaqları Departamentinin və Müştəri Kanallarının İdarə Edilməsi Departamentinin əməkdaşları məzunların və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına kömək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Universitetində təşkil olunan növbəti karyera sərgilərinə qatılıb. Sərgi iştirakçılarına şirkətdə mövcud olan vakansiyalar, təcrübə və təqaüd proqramları təqdim edilib, kadrların seçilməsi, işə qəbul prosesi haqqında suallar cavablandırılıb. Yüzlərlə gənc üçün təcrübə proqramları, yeni iş imkanları açan sərgidə iştirakçılar Azercell-in təqdim etdiyi son yeniliklər və xidmətlər barədə məlumatlandırılıb. Azercell-in stendinə yaxınlaşan tələbə və məzunlara şirkət tərəfindən hədiyyələr də təqdim olunub.

Məlumat üçün bildirək ki, ölkəmizdə təşkil olunan karyera sərgilərinin məqsədi tələbələri və şirkət nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir.

Qeyd edək ki, ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin apardığı araşdırmalara əsasən ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlar üzrə Azercell ölkəmizdə 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən şirkətdir. Eyni zamanda, Ernst & Young Azerbaijan şirkətinin tədqiqatları tələbə və peşəkar heyətin seçiminə əsasən Azercell-i ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edib. Qeyd edək ki, Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol