• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar gücləndirilmiş rejimdə işləyəcək - Qərar

Banklar gücləndirilmiş rejimdə işləyəcək - Qərar
29.05.2020 03:04
Üçüncü dəfə keçirilən Bakı Ticarət Festivalı ("Baku Shopping Festival”) zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirir.

Palatadan Mia.az-a verilən məlumata görə, may ayının 31-dək davam edəcək Festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir.

Eyni zamanda, Festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın (siyahı PDF-də) müvafiq filial və şöbələri vasitəsilə müştərilərə nağd və nağdsız qaydada əlavə dəyər vergisinin geri ödənişi həyata keçirilir.

Festival çərçivəsində bankların fəaliyyətinə aid yarana biləcək hər hansı sualla bağlı ölkə vətəndaşları və turistlər Palataya müraciət edə bilərlər:

Koordinator: Vüsal Həsənov Email: [email protected]

Tel: (+994) 12 493 50-58 (daxili 429)

Mobil: (+994) 55 294 00-05

Qeyd edək ki, bu günə qədər banklarla bağlı Palataya heç bir şikayət daxil olmayıb. Müraciətlər yalnız əlavə dəyər vergisinin geri alınması ilə bağlı suallardan ibarətdir ki, bu suallar da qaynar xətt vasitəsi ilə dərhal cavablandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol