“Azərsu”dan abunəçilərə ŞAD XƏBƏR

Mayın 1-dən "Azərsu" Açıq Səhmdar Cəmiyyəti yeni xidməti abonentlərin istifadəsinə verib.
Trend-in məlumatına görə, bunu qurumda keçirilən mətbuat konfransında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin İKT departamentinin rəhbəri Emil Əhmədov deyib.
O qeyd edib ki, yeni xidmət oxucu müştəri xidmətidir: "Abonent bu xidmət vasitəsilə istifadə etdiyi suya görə ödənişi elektron formada edə biləcək. Bunun üçün abonent "elektron.gov.az" portalına daxil olaraq xidməti seçir, həmin xidmətə sayğacın zavod nömrəsini, plomb nömrəsi, sayğacın şəklini çəkib göndərir. Müraciətə qəbul olunandan sonra 5 iş günü müddətində baxılır və elektron formada faktura abonentə göndərilir. Abonent həmin fakturanı elektron formada ödəyir".
E.Əhmədov bildirib ki, bu xidmət abonentlərin "Azərsu" nəzarətçiləri ilə təmasını azaldır: "Xidmətdən istifadə məcburi deyil. Əgər abonent kiminsə onu narahat etməsini istəmirsə, bu xidmətdən istifadə edə bilər. Bəzən nəzarətçilər abonentin ünvanına gedəndə qapını açmırlar və nəticədə yanlış hesab-faktura ortaya çıxır. Bu xidmət belə hallara da son qoyacaq".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















