• $
  • €
  • ₽
  • ₺
  • £

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert
29.05.2018 15:30
Mayın 26-sı və 27-də keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında ibtidai sinif müəllimləri arasında 60 test tapşırığından 4 bal toplayanlar olub.
 
AzVision.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert imtahan zamanı təəsüfləndirici bir neçə halın baş verdiyini qeyd edib.

"Birincisi, müəllimlər imtahana gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri gətirmirlər. İkincisi, müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, şparkalka, konspektlər keçirməyə, ətrafdan kömək almağa, köçürməyə cəhd edirlər. Ən təəsüfləndirici hal isə onların göstərdikləri imtahan nəticələri ilə bağlıdır. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4-5-6 bal toplayanlar var. Maksimum nəticə - 60 bal toplayan yoxdur. Ən yüksək nəticəni hələki, İsmayıllı rayonundan bir müəllimə göstərib, 58 bal”.

Qeyd edək ki, mayın 26-dan başlayaraq yenidən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə start verilib. Bu imtahanda əvvəlki illərdə iştirak etməyənlər və ya az bal toplayanlar iştirak ediblər. İlk olaraq İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may tarixlərində keçirilib. Digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək. Bu imtahan 90 dəqiqə davam edir və iştirakçılara ümumilikdə 60 test tapşırığı təqdim olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol