• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcəyə dəyişiklik nə vaxta qaldı?

Büdcəyə dəyişiklik nə vaxta qaldı?
29.05.2020 03:14
Milli Məclisin (MM) bu ay 3 növbədənkənar iclasının keçirilməsi gözlənilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ilk iclas ayın 12-də keçiriləcək.

Növbəti iki iclasın isə iyunun 28-29-u tarixlərində keçirilməsi nəzərdə tutulur.

Ancaq bununla belə, tarixlərdə dəyişiklik ola bilər.

2018-ci ilin büdcəsinə dəyişikliyin edilməsi, dürüstləşdirmə aparılması 12 iyun iclasında mümkün olmayacaq.

Bu məsələnin son iki icladan birində müzakirəsi və qəbulu planlaşdırılır.

"Bu məsələdə bir qədər gecikməyə səbəb dünyada neftin qiymətinin artıb-azalması məsələsidir. Bildiyiniz kimi, bir müddət öncə dünya bazarında neftin qiyməti ilə bağlı artım, canlanma müşahidə olundu. Buna da təbii ki, Orta və Yaxın Şərqdə cərəyan edən proseslər təsir göstərdi. Yəni, neftin bir barrelinin qiyməti 80 dollara qədər yüksəldi.

Amma son günlər burada yenə bir azalma hiss olunur. Azərbaycanın dövlət büdcəsi formalaşdırılarkən, neftin qiyməti 45 dollardan götürülmüşdü. Ona görə də hökumət bütün riskləri gözdən keçirir, tələsik qərar vermək istəmir.

Yəni, dövlət büdcəsində həm artımın olması, həm neftin qiymətinin 45-dən dollardan bir qədər yüksək götürülməsi məsələsi nəzərdə tutulurdu ki, indi burada da ehtiyatsız addım atmaq istənilmir. Ona görə də büdcəyə dəyişikliklər, dürüstləşdirmə məsələsi bir qədər gecikir.

Təbii ki, büdcədə artım olacaq, büdcə artırılacaq və bu artım bir sıra sahələrə ayrılacaq, amma neftin qiyməti ilə bağlı məsələdə dəyişiklik olub-olmayacağı son anda bəlli olacaq”, - deyə bildirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol