• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Həsənov AccessBank-ın İdarə Heyətinin sədri təyin olunub

Anar Həsənov AccessBank-ın İdarə Heyətinin sədri təyin olunub
29.05.2020 07:15
Maliyyə Bazarlarına Nəzarət Palatası A. Həsənovun bu vəzifəyə təyin olunması bağlı ünvanladığı müraciətə müsbət rəy verib. 

Xatırladaq ki, bir müddət öncə AccessBank-ın səhmdarlarının növbəti ümumi yığıncağında qəbul olunan qərara əsasən, A. Həsənov bu vəzifədə Rolf Reyxardtı əvəzləyib.

A. Həsənov bu təyinatadək AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsində çalışıb.

Qeyd edək ki, ölkənin ən təcrübəli bankirlərindən olan cənab Həsənov 15 ildən çoxdur ki, AccessBank-da çalışır. Belə ki, o, AccessBank yarandığı gündən mikrokreditləşmə üzrə mütəxəssis qismində karyerasına başlayıb. Daha sonra baş kredit mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış Kiçik və Orta Biznes Departamentinə keçib. A. Həsənov 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsinə təyin olunub, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinin üzvü seçilib. Cənab Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub. 

Əlavə edək ki, Anar Həsənov İstanbul Universitetinin İqtisadiyyat fakültəsində "Maliyyə” istiqaməti üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bununla yanaşı, A.Həsənov Pensilvaniya Universiteti nəzdində "Ali Bank Məktəbi”ni bitirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol