• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada yayılan quş qripi Azərbaycana keçə bilərmi?

Rusiyada yayılan quş qripi Azərbaycana keçə bilərmi?
25.06.2018 13:29
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın 36 quşçuluq müəssisəsindən quş əti idxalını dayandırıb. 

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb quş qripi təhlükəsidir. 

Nazirliyin saytında bildirilir ki, beynəlxalq epizootik büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen quş qripi qeydə alıb.

Bu səbəbdən Qazaxıstan Rusiyadan bütün quş əti məhsullarının, eləcə də, yumurtanın idxalını qadağan edib. 

Xatırladaq ki, bundan əvvəl Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırmışdı. 

Bu qərara səbəb vilayət ərazisində ev quşlarında quş qripinin qeydə alınması idi. Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı da qadağan olunmuşdu. 

Azərbaycanda quş əti istehsalı yerli bazarı təmin etsə də, yemə olan təlabatın yalnız 10-15 faizi yerli istehsal hesabına ödənilir. Azərbaycana Ukrayna, Rusiya, Qazaxıstan kimi ölkələrdən quş yemi idxal olunur.

Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev bildirir ki, Azərbaycan quş yemi kimi Rusiyadan qarğıdalı, buğda idxal edir:

"Hazırda biçin başlamayıb, biçindən sonra məsələyə baxacağıq.  Bu məhsulların yararlı olub-olmadığı yoxlanılacaq”. 

O ki qaldı quş qripi təhlükəsinə, A.Vəliyev yerli quşçuluq təsərrüfatlarında hər hansı xəstəliyin olmadığını bildirdi:

"Azərbaycan Rusiyadan nə toyuq, nə də yumurta idxal edir. Bu baxımdan, istehlak bazarında hər hansı təhlükə yoxdur”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol