• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi yollar bağlanacaq

Bəzi yollar bağlanacaq
27.06.2018 09:52
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılır.

Bu barədə anews.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən tətbiq edilib:

"Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) dəmir yolu körpüsünədək ("Delfin” hotelin qarşısınadək) olan hissəsini əhatə edir.

Təmir işləri sözügedən hissədə birinci mərhələdə üzrə yalnız sol üç hərəkət zolağında aparılır, yəni sağ üç hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb. Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi - "Şamaxinka” adlanan ərazi istiqamətinə yönəldilib”.

Anar Nəcəfli qeyd edib ki, sürücülər 20 Yanvar dairəsi və "Şamaxinka”dan istifadə etməklə yenidən əsas yola çıxa bilirlər:

"Bundan başqa, sürücülərin Biləcəri enişindən istifadə etməklə "Delfin” hotelin qarşısından da əsas yola çıxmaq imkanları var.

Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar.

Sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etməkləri tövsiyyə olunur, təmir işləri aparılan ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol