• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti 150 dollara yüksələcəkmi? - RƏY

Neftin qiyməti 150 dollara yüksələcəkmi? - RƏY
27.06.2018 20:48
ABŞ müttəfiqlərindən İrandan neft idxalını noyabr ayına qədər dayandırmalarını istəyib. 

ABŞ-ın Xəzinə Nazirliyinin açıqlamasına görə, noyabrın 4-nə qədər müttəfiq ölkələr, eləcə də, şirkətlər İrandan neft idxalını dayandırmalıdırlar.

Bildirilib ki, şirkətlər göstərilən müddətdə İranla neft ticarəti edərlərsə, ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər.

Qeyd edək ki, ABŞ-ın xəbərdarlığının bazarlara təsiri özünü gecikdirmədi. Belə ki, açıqlamadan dərhal sonra neftin qiyməti bahalaşmağa başladı. Sual doğuran İrana qarşı sanksiyaların neftin qiymətinə hansı həddə qədər təsir göstərəcəyidir. 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a açıqlamasında bildirdi ki, neft London birjasında 77 dollara qədər yüksəlib:

"Bu da Dövlət Departamentində bir mənbənin şirkətlərə İranla neft ticarətini dayandırmaları ilə bağlı xəbərdarlıq etməsinin ictimaiyyətə sızdırılmasından qaynaqlanır. May ayının 12-də ABŞ prezidentinin İrana qarşı sanksiyaların bərpa edilməsi ilə bağlı qərarından sonra əlaqələrə yenidən baxılması uçün altı ay vaxt verilmişdi.

Doğrusu, İranla neft ticarətinin dayandırılması ilin sonuna gözlənilirdi. Ancaq artıq konkret vaxt açıqlandı”.

İ.Şaban deyir ki, şirkətlərə və dövlətlərə xəbərdarlıq bazarda təlatümlə qarşılanıb: 

"ABŞ-ın İrana qarşı atacağı addımlar, bir çoxlarının gözlədiyi kimi, ötəri olmayacaq. Belə ki, sanksiyalar əvvəlkindən daha ciddi və sərt şəkildə həyata keçiriləcək. Ona görə də bazar Dövlət Departamentindəki mənbənin sözlərinə belə reaksiya verir.

İkinci tərəfdən, dünən Vaşinqtonda keçirilən "World Gas Conference”də  ABŞ energetika naziri bildirdi ki, ilin sonuna qədər bazarda qıtlıq yaşana bilər. Bu açıqlama da birjaya təsir edib”.

İ.Şaban deyir ki, hazırda dünyada neftə olan tələbat kifayət qədərdir:

"Makroiqtisadi göstəricilərə əsasən, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin enerjiyə olan tələbatı ilin ikinci yarısında da davam edəcək. Bu da neftin qiymətində, eləcə də, həcmində özünü göstərəcək”.

İ.Şabah hesab edir ki, qeyd edilən proseslər neftin orta illik qiymətinin 70 dollardan aşağı düşməsinə imkan verməyəcək. 

İran neftinin bazar payına toxunan ekspert deyir ki, bu ölkə 3,8 milyon barel gündəlik neft hasil edir: 

"Bunun 2,8 milyon barelini ixrac edir. OPEC-in may ayı üzrə hesabatına əsasən, İranın neft ixracı 2,5 milyon barelə qədər azalıb. Yəni Donald Trampın sanksiyaları imzalamasından sonra İranın neft ixracı 300 min barel düşüb. Belə çıxır ki, xarici neft şirkətləri İran nefti almaqdan imtina etməyə başlayıblar”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol