• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosundan yeni görüntülər yayıldı - FOTOLAR

Bakı metrosundan yeni görüntülər yayıldı - FOTOLAR
29.05.2020 02:38
Qatarların hərəkəti üçün tələb olunan elektrik enerjisinin "Bakı Metropoliteni" QSC-yə verilişinin dayanıqlığı təmin edildiyindən, saat 13:10-dan metropolitenə sərnişinlərin stansiyalara daxil olmasına və bütün istiqamətlərdə qatarların hərəkətinə icazə verilib.

"Bakı Metropoliteni” QSC-dən AzVision.az-a verilən məlumata görə, bu gün səhər saatlarında yerüstü nəqliyyatın üzərinə düşəcək sərnişindaşıma yükünün artan həcmi də nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, paytaxtda bütün metro stansiyalarının çıxışlarına, Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilərə əlavə ictimai sərnişindaşıma nəqliyyat vasitələri cəlb ediləcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.

Artıq sərnişindaşıma fəaliyyətini bərpa edən Bakı metropoliteni qatarların hərəkətini, iyulun 1-dən tətbiq edilmiş yay hərəkət qrafikinə uyğun olaraq, təmin edib. Bakı metropolitenində səhər saatlarından başlanan test rejiminin, ələlxüsus qatarların hərəkətinin müvafiq sərnişindaşıma parametrləri səviyyəsinə çatdırılmasının, eləcə də metropolitenin digər infrastrukturunun sərnişindaşımaya hazırlığının adi iş rejiminə uyğunlaşdırılması səbəbilə normal iş qrafikinin tətbiqi dərhal təmin edilib.

Qeyd edək ki, elektrik enerjisinin birinci dəfə kəsilməsi iyulun 2-dən 3-nə keçən gecə stansiyalar bağlandıqdan və az sayda olan sərnişinlərin mənzil başına çatdırıldığı vaxt baş verdiyindən onların təxliyəsi böyük çətinlik törətməyib. Xətlərdə hərəkət edən qatarlarda qalmış sərnişinlər, Bakı metropoliteninin müvafiq təlimat tələblərinə uyğun olaraq, hər hansısa problem yaşanmadan təxliyə edilib.

Dünən səhər saatlarında metropolitenin iki xətti – Yaşıl və Qırmızı xətləri normal rejimdə fəaliyyətə başlayıb. Yalnız Bənövşəyi xətdə, yəni "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında metropolitenə gələn elektrik xətlərində gərginliyin olmaması səbəbindən qatarların hərəkətini səhər saat 06:00-dan təmin etmək mümkün olmayıb. Gərginlik verildikdən sonra saat 08:32-də hərəkət təmin edilib. Lakin axşam saatlarında elektrik təchizatının yenidən kəsilməsi nəticəsində qatarlar hərəkətini davam etdirə bilməyib. Belə hallar üçün nəzərdə tutulmuş müvafiq tədbirlər planına görə, stansiyalar sərnişinlərin girişinə bağlanıb və təxliyə tədbirlərinə başlanılıb. Metropolitenin normativ aktlarına uyğun olaraq, sərnişinlərin təxliyəsi ən qısa müddətdə uğurla başa çatdırılıb, tunellər yoxlanılaraq, hərəkətin bərpasına tam hazır vəziyyətə gətirilib.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol