• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı - Madrid birbaşa reysi açılır

Bakı - Madrid birbaşa reysi açılır
29.05.2020 09:01
Azərbaycan və İspaniya paytaxt şəhərlər arasında birbaşa uçuşların həyata keçirilməsi üçün tamamlama işləri aparır.

Bu barədə İspaniyanın Efe agentliyinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov danışıb. Cənab Səmədov hazırda Barselonada Eibtm biznes turizm sərgisində iştirak edir.

Onun sözlərinə görə, birbaşa uçuş iki ölkə arasında turist axını və biznesin inkişafına öz töhfəsini verəcək. Səmədovun sözlərinə görə, hökumət “neft gəlirlərinin əbədi olmayacağını” anlayıb iqtisadiyyatın digər sektorlarını inkişaf etdirir. Buraya turizm, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları daxildir. “Biz Azərbaycanın bahalı ölkə olması stereotipini qırmaq istəyirik,” Səmədov deyib. Onun sözlərinə görə, son illər hökumət yüksək səviyyəli turizm obyektləri və infrastruktur yaradıb.Nazir müavini onu da etiraf edib ki, Azərbaycan İspaniyada az tanındığından daha çox ispanı cəlb etmək elə də asan deyil. O, Bakının kommersiya fəaliyyəti və marketinq cəhdlərinin artırılmasının vacibliyini vurğulayıb. Azərbaycanın beynəlxalq imicinə doğru ən böyük uğur da elə ispanların əliylə həyata keçib:“Atletico de Madrid futbol komandasının forması indiyədək reklama yatırdığımız ən yaxşı sərmayədir,” Səmədov bildirib. «Atletico» futbolçularının «Land of fire –Azerbaijan» yazılı formalarının həmin kluba 20 milyon avrodan çox qazanc gətirəcəyi bildirilirdi. // azadliq.org
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol