Yolu çökdürən gizli tuneldir? - Açıqlama

Cəlil Məmmədquluzadə küçəsində çökən yolun altından tapılan zirzəminin 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") morqundan "Qurd qapısı”na qədər uzanması və qədim tunel olması yalan məlumatdır.
Bu sözləri Axar.az-a açıqlamasında AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, rəsmi sənədlərdə sözügedən ərazi söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.
A.Nəcəfli zirzəmidə arxeoloji qalıqlar aşkarlanmadığı üçün orada yalnız geoloji-kəşfiyyat işləri aparıldığını söyləyib.
Qeyd edək ki, bir neçə gün öncə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsinin çökməsinə səbəb torpaq altda qalan zirzəminin olması göstərildi. Sosial şəbəkə istifadəçiləri isə həmin zirzəminin 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") morqundan "Qurd qapısı”na qədər uzanan tunel olduğu barədə ehtimallar səsləndirirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















