• $
  • €
  • ₽
  • ₺
  • £

Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi dəyişib
21.07.2018 09:28
Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara çaylarında 30-70, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyulun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 34 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6 sm azalma, Salyanda 2 sm artım qeydə alınıb, Bankə və Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2017-ci il iyulun 20-də 320 sm), Şirvanda 147 sm (2017-ci il iyulun 20-də 165 sm), Salyanda 65 sm (2017-ci il iyulun 20-də 80 sm), Bankədə 171 sm (2017-ci il iyulun 20-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il iyulun 20-də 40 sm) təşkil edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol